Connect with us

Hi, what are you looking for?

Xəbərlər

Şuşada çəkilmiş fotolar Avropa Parlamentində nümayiş etdiriləcək


 

İsveçin “Cawa Media” xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib. Şuşanın bölgənin «döyünən ürəyi» adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.

Məqalədə 2021-ci ilin sentyabrında “Cawa Media” əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.

Qeyd edilib ki, “Cawa Media” əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

The Battle of Shusha (Şuşa) in Azerbaijan





Source link

Click to comment

Leave a Reply

Tu dirección de correo electrónico no será publicada. Los campos obligatorios están marcados con *

You May Also Like

Görkəmli

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə...

Görkəmli

  Adamın ürəyindən orta statistik bir azərbaycanlı ilə ABŞ Prezidenti Co Baydeni bir masa arxasında oturtmaq keçir.  Heç bir siyasi savadı olmayan bir azərbaycanlı...

Görkəmli

  Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. Bu sahədə pozitiv göstərici kimi, ötən il də iki ölkə arasında ticarət...

Siyasət

  Azərbaycan Respublikası Prezidentinin Fərmanı   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və...